Bahçelidən İmamoğluna: Mandat almaqla iş bitməyib


Ən düzgün və məqbul qərarı Ali Seçki Komissiyası verəcək.
Yeniavaz.com "Milliyet" qəzetinə istinadla xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Əkrəm İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsini təsdiq edən mandatın verilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İstanbul seçkilərinin yenilənməsi ictimai vicdanı rahatlaşdıracaq: "Mandat almaqla iş bitməyib. Proses yekunlaşmayıb. İmamoğlu seçkilərdən 17 gün sonra mandatını alaraq indilik vəzifəsinə başlayıb. Ancaq fövqəl etiraz prosesi də davam edir. İstanbuldakı seçkilərə hiylə qarışıb. Seçki qutusu hiylələri dözməyəcəyik. Hələlik hər şey başa çatmayıb. Ədalət son mərhələdir. Lakin son söz deyilməyib".

DİGƏR XƏBƏRLƏR

Top