Paşinyan: İlham Əliyev 10 ildir danışıqlar aparır, məni isə yeniyəm


Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu vəzifəyə seçildikdən sonra keçmiş ötən illər Dağlıq Qarabağ münaqişəsi üzrə aparılmış müzakirələr haqqında bəzi informasiyalar almaq üçün xarici işlər naziri Edvard Nalbandyanı dəvət edib.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, N. Paşinyan bir çox incəliyi xarici liderlərlə də müzakirə edib. O bildirib: “Mən böyük həcmdə informasiya aldım və bu informasiya eyniylə böyük həcmdə əlavə informasiya tələb edir”.
Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti artıq 10 ildən artıqdır danışıqlar aparır: “Mən isə hələlik bu məsələdə yeniyəm. Ötən  illər keçirikmiş danışıqların bütün incəliklərini və nüanslarına sahib olmağa ehtiyacım var. Kazanda, Vyanada nə baş verdiyini aydınlaşdırmaq lazımdır”.
 

DİGƏR XƏBƏRLƏR

Top