Nyu-Yorkda mafioz qruplardan birinin başçısı güllələndi


Qambino mafioz klanının başçısı Frank Kali Nyu-Yorkda güllələnib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, insident 53 yaşlı F. Kalinin Steyten-Aylend rayonunda yerləşən evinin yaxınlığında baş verib. Naməlum şəxs bir neçə dəfə kriminal avtoritetə atəş açıb, sonra avtomobillə hadisə yerindən uzaqlaşıb. F.Kali yerli xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qambino klanı Nyu-Yorkda mütəşəkkil cinayətkarlığa nəzarət edən 5 mafioz qrupundan biridir. F. Kali 2015-ci ildə Qambino klanının başçısı olub.
 

DİGƏR XƏBƏRLƏR

Top