Nazirlik rəsmisi güclü küləyin nə vaxta qədər davam edəcəyini AÇIQLADI


"Bir qayda olaraq mart ayında küləklər daha tez-tez müşahidə olunur".
Bunu Yeniavaz.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda son illərdə küləyin maksimal sürəti saniyədə 40 metr olub: "İndi paytaxtda küləyin sürətinin saniyədə 15-20 və 23-28 metr güclənəcəyi proqnozlaşdırılır. Sabah küləyin günortadan sonra səngiyəcəyi gözlənilir. Martın 17-i və 18-i güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Mart ayı müəyyən günləri çıxmaq şərti ilə küləkli olaraq davam edəcək. Güclü küləklər olduqca da tempratur 5-8 dərəcə aşağı enəcək. Şimal-qərb küləyinin güclənməsi bölgələrdə də müşahidə olunub. Bəzi yerlərdə şimal-qərb küləyinin saniyədə 15-20 və 30-35 metr güclənməsi müşahidə olunur. Mart ayının 18 və 19-u respublika ərazisində küləyin sürətinin güclənəcəyi proqnozlaşdırılır".

Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top