Hafiz Hacıyevə 10 ayaqqabı alınıb - "Özümü dolandırmaq üçün ”moyka"da avtomobil yuyurdum"


"O çıxışımdan sonra çoxsaylı müraciətlər olub. Keçmiş nazirlər, komsomol katibi işləmiş dostlarım var. Hərəkat dövründən dostluğumuz davam edənlər də az deyil".

Yeniavaz.com xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
H.Hacıyev "Yeni Müsavat"ın canlı yayımında ADP sədri Sərdar Cəlaloğlu ilə debatı zamanı nimdaş ayaqqabısını izləyicilərə nümayiş etdirərək, ayaqqabısını 10 yerdən tikdirdiyini söyləyib.
Partiya sədri artıq 10 nəfərin ona ayaqqabı aldığını da bildirib: "Sağ olsunlar, hər zaman mənə kömək edirlər. Artıq 10 nəfər ayaqqabı alıb, qərargahıma gətirib.  Onların hər birinə minnətdaram. Bundan sonra da kömək etməyə hazır olduqlarını bildirirlər. 10 ayaqqabıdan yəqin birini geyinərəm, qalanlarını satıb çörəkpulu edərəm. Heç nədən utanmıram.
Partiya sədri, qərargahlarının zirzəmi kimi bir yerdə olduğunu da bildirib: "Bunu hər kəs görüb. Partiya kimi fəaliyyət göstərmək o qədər çox vəsait tələb etmir. Özümü dolandırmaq üçün 7-ci mikrorayonda ”moyka"da avtomobil belə yuyurdum. Həmin “moyka”nı da bağladılar. Heç olmasa axşamlar maska taxıb maşın yuyurdum, 15-20 manatım olurdu. Bunu da əlimdən aldılar. Taleyimiz belə gətirib, bundan ötrü gedib özümüzü öldürəsi deyilik".

DİGƏR XƏBƏRLƏR

Top