ABŞ da "Boeing 737 MAX" təyyarələrinin uçuşunu dayandırdı


 
ABŞ Boeing 737 MAX 8 və MAX 9 təyyarələrinin bütün uçuşlarını dayandırır. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, uçuşların dayandırılması növbəti sərəncamadək qüvvədə qalacaq.
 
D. Tramp Ağ evdə mətbuat üçün brifinq zamanı bildirib ki, ABŞ-da bütün Boeing 737 MAX 8 və MAX 9 təyyarələrinin uçuşuna qadağa tətbiq edilir: “Bütün hava yolları bu barədə məlumatlandırılıb”.
 
Xatırladaq ki, “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın Debre-Zeyt şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində laynerin göyərtəsində olan 8 ekipaj üzvü daxil olmaqla, 157 nəfər həlak olub. Ölənlər 35 ölkənin nümayəndəsidir.

DİGƏR XƏBƏRLƏR

Top