"WhatsApp"ın işində nasazlıq yaranıb


"WhatsApp"ın işində nasazlıq yaranıb.

Sosial şəbəkə istifadəçiləri yazışmalar zamanı foto və səs yazılarının göndərilməsində çətinliklərlə üzləşiblər. Problemlər daha çox səs yazılarının göndərilməsində özünü büruzə verib.  

Bu, "WhatsApp"ın işində yaranan ilk nasazlıq deyil. Yanvarda da bir sıra ölkələrin internet istifadəçiləri"Vatsap"ın işində nasaqlığın yarandığını bildirirdilər.

Qeyd edək ki, "Facebook" və "Instagram"ın da işində nasazlıq yaranıb. "Downdetector" saytının məlumatına görə, sosial şəbəkə istifadəçiləri bu internet resurslarının işindən narazılıq ediblər. Sosial şəbəkə istifadəçilərinin bir qismi bu internet resurslara girə bilməmələrindən, bir qismi isə rəy yaza bilməmələrindən şikayət ediblər. (Report)

DİGƏR XƏBƏRLƏR

Top