Mingəçevirdə yaşayış binasında yanğın olub


Mingəçevirdə yaşayış binasında yanğın olub. Yeniavazcom xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsi 31 saylı binada yanğın baş verib. Həmin binanın 2-ci mərtəbəsində  iki otaqlı mənzildə kiçik qaz balonunun partlaması nəticəsində yanğın başlayıb. Yanğın üst mərtəbənin eyvanına qədər yüksəlib. Hadisə yerinə FHN-nin iki yanğınsöndürmə briqadası cəlb olunub. Bina sakinləri təhlükəsiz əraziyə çıxarılıb. Yanğın daha da genişlənmədən qarşısı alınıb və tamamilə söndürülüb. Hadisə zamanı mənzildə ev sakinləri olmadığından partlayış və yanğından kimsə xəsarət almayıb.
Esmira Hidayətova,Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top