Vəkillər Kollegiyası üzvlərinin maraqlı "e-mail"ləri - "saxtababa", "sova"... FOTOFAKT


Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv olan bəzi vəkillərin "e-mail" ünvanlarının maraqlı adları var. Yeniavaz.com xəbər verir ki, Vəkillər Kollegiyasının rəsmi veb-saytında yer alan və vəkillərə məxsus olduğu bildirilən "e-mail" ünvanlarının arasında "[email protected]",  "[email protected]",  "[email protected]" kimi maraqlı adlara rast gəlmək olur.
Onu da bildirək ki, bu barədə məlumat bir-neçə saat əvvəl sosial şəbəkələrdə paylaşılıb və daha sonra həmin "e-mail"lər Vəkillər Kollegiyasının rəsmi veb-saytından silinib.
Bu cür maraqlı "e-mail" ünvanlarından birinin - "[email protected]"-nun sahibi olan vəkil Eldar Qədimi yeniavaz.com-a verdiyi açıqlamada bildirdi ki, 11 əvvəl "e-mail" ünvanı açarkən məndən nə ad qoyaq deyə soruşdular, mən də "saxtababa2006" qoyaq dedim: "Bu adın heç bir xüsusi mənası yoxdur. Anket məlumatlarımdan bu adda "e-mail" ünvanının silinməsindən isə xəbərim yoxdur".


 

DİGƏR XƏBƏRLƏR

Top