“Bazarlarda satılan balıqların mənşəyi bilinmir” - Deputat


“Yol kənarlarında, bazarlarda satılan balıqların mənşəyinin haradan olduğu bilinmir”.

Yeniavaz.com Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib.

“Balıqların necə və harada saxlandığı, onların qidalanmasında hansı gübrələrdən istifadə olunması bilinmir. Bu baxımdan “Balıqçılıq haqqında” qanunda bu məsələlərin nəzərdə tutulması müsbət haldır”.

Komitə sədrinin müavini Eldar Quliyev isə ətraf mühitin qorunması məsələsinə diqqət çəkərək söyləyib ki, bu işdə məsuliyyət hər kəsin üzərinə düşür:

“Ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün hər birimiz çalışamlıyıq. Azərbaycanın təbiəti gözəldir, o qorunmalı, saxlanmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top