Moskvada çeçenlər yenidən azərbaycanlılara hücum etdi: yaralılar var


Moskvada üç naməlum şəxs təkər təmiri məntəqəsinin əməkdaşlarına hücum edib.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saatlarında baş verib.
Hücum edənlər məntəqədə olan iki azərbaycanlıya bir neçə bıçaq yarası vurublar, ardından hadisə yerindən uzaqlaşıblar. Polis hadisə yerinə gəlməzdən əvvəl moskvalılar təkər təmiri məntəqəsində atışma barədə 02-yə məlumat veriblər.
Polis əməkdaşları “Mercedes” avtomobilində hərəkət edən şübhəlilərdən birini saxlayıb. İlkin məlumata görə, o, Moskvada yaşayan çeçendir. Yaralılar xəstəxanaya kəllə-beyin travmaları, kəsici-deşici yaralar və travmatik silahın tətbiqi nəticəsində yaranmış odlu silahdan yaralar ilə çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top