Ermənistan ordusu daha bir hərbçi itirib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan “Facebook”da yazıb. “Təəssüf ki, səhəri pis xəbərlə açırıq. Xidməti vəzifələrini yerinə yetirərkən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, sıravi-feldşer Hamlet Avaqyan (2000-ci il) vəfat edib”, Ovannisyan bildirib. Avaqyanın Azərbaycan sərhəddə xidmət etdiyi, lakin hadisənin atışma ilə bağlı olmadığı xəbər verilir. Faktla bağlı araşdırma aparılır. (Modern.az)