Avropa İttifaqı bu təyyarələrin uçuşunu dayandırdı


 
Avropa İttifaqı (Aİ) Efiopiyada aviaqəzanın səbəbləri məlum olanadək “Boeing 737 MAX” və onun modifikasiyalarının uçuşunu dayandırıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) məlumat yayıb.
 
Məlumata əsasən, EASA ehtiyat tədbiri qismində 19:00 UTC-də qüvvəyə minən və “Boeing”in 737-8 MAX və 737-9 MAX modelli təyyarələri ilə Avropada bütün aviasiya əməliyyatları dayandıran göstəriş verib.
 
Bundan başqa, agentlik qeyri-Avropa hava yolu şirkətlərinin aviaparkına məxsus bu modifikasiyalı təyyarələr üçün hava məkanını bağlamağı tapşırıb. Hazırda bir sıra aviaşirkət, turoperator və dövlət “Boeing 737 MAX” və onun modifikasiyalarının uçuşunu dayandırıb.
 
Xatırladaq ki, “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın Debre-Zeyt şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində laynerin göyərtəsində olan 8 ekipaj üzvü daxil olmaqla, 157 nəfər həlak olub. Ölənlər 35 ölkənin nümayəndəsidir.

DİGƏR XƏBƏRLƏR

Top