ABŞ və “Taliban” razılığa gəldi: Amerika qoşunlarını çıxarır

 
ABŞ və “Taliban” radikal hərəkatı Amerika qoşunlarının Əfqanıstandan çıxarılması və terrorçuluqla mübarizə haqqında razılaşma layihəsi hazırlayıblar. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad məlumat verib.
 
O bildirib: “İndicə Dohada “Taliban” nümayəndələri ilə danışıqların marafon raundunu baş çatdırdım. Sülh üçün şərait yaxşılaşıb. Aydındır ki, bütün tərəflər müharibəyə son qoymaq istəyir”.
 
Z.Xəlilzad qeyd edib ki, Əfqanıstanda sülh 4 məsələ üzrə saziş tələb edir: “Taliblər tərəfindən əks-terror zəmanətləri, ABŞ və müttəfiqlərin qoşunlarının çıxarılması, əfqanlar arasında dialiq və atəşkəsin hərtərəfli dayandırılması. Yanvar danışıqlarında bu dörd element üzrə prinsipial razılığa gəldik. Biz indi isə ilk iki məsələ üzrə razılışma layihəsini razılaşdırdıq”.
 
Xatırladaq ki, Əfqanıstanda hərbi əməliyyat artıq 17 ildən çoxdur – 2011-ci ilin dekabrından bəri davam edir. Son 4 ildə “Taliban” hərəkatı Əfqanıstanda nəzarət zonasını xeyli genişləndirib, hazırda ölkənin 60 faiz ərazisi onların nəzarətindədir. 

DİGƏR XƏBƏRLƏR

Top