"12 mart Azərbaycanda Kistoz Fibroz Günüdür"


12 mart Azərbaycanda Kistoz Fibroz Günüdür.
Yeniavaz.com xəbər verir ki, bu barədə snt.az-a Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyinin (KİFYİB) sədri Səadət Bayramova məlumat verib. O, bununla əlaqədar ilk dəfə 12.03.2018 ci ildə «Nadir Genetik Xəstəliklərə Müasir Yanaşma» mövzusunda keçirilən konfransda öz çıxışında elan etmişdir.

Kistoz Fibroz xəstəliyi nadir autosom ressesiv verən genetik xəstəlikdir. Daxili sekresiya ifraz edən orqanlar; ağciyər tənəffüs sistemi, həzm sistemi orqanları, tər vəziləri, cinsiyyət üzvlərini zədələyən, zamanla fəaliyyətdən geri qoyan, erkən diaqnoz alınmayıb tə’cili nəzarətə alınmazsa ölümə aparan ağır xəstəlikdir. Onu da vurğulayaq ki, bu xəstəlik Azərbaycanda tanınmır, diaqnostikasıyla geniş məşğul olunmur, bu səbəblərdən xəstələrin statistik sayı mə’lum deyil.

Rast gəlinmə tezliyi :

Türkiyə: 1:10000
Rusiya: 1 :4900
Ukrayna :1:3300
İngiltərə : 1: 2400
ABŞ : 1: 3500
İrlandiya: 1: 1400

Azərbaycanda dəqiq statistik say bilinmir.

Ölkəmizdə hər il təxmini 160.000 — 170.000 uşaq doğulur ,ən aşağı sayla müqayisə edilərsə 1: 10.000 rast gəlinmə tezliyi ildə 16-17 Kistoz Fibrozlu uşaq deməkdir, orta sayla müqayisə edilsə 1:3500 nəzərən ildə 45 -48 Kistoz fibrozlu xəstə deməkdir .

DİAQNOSTİKASI:

– Neonatal skrininq (daban qanı testi )
– Tər testi (tərdə xlor ionlarının miqdarı hesablanır, yüksək göstərici Kistoz Fibroz əlamətidir, ən az iki dəfə təkrar olunmalıdır)
– Genetik test (ən doğru məlumat dəqiq diaqnoz)
Bu kriteriyalara əsasında Kistik Fibroz diaqnozu dəqiqləşdirilməli və xəstə təcili nəzarətə alınmalı və uyğun müalicə tətbiq edilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top