AzTV mətbuat katibi təyinatıyla bağlı xəbəri təkzib etdi


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) yeni mətbuat katibi təyinatı ilə bağlı xəbər təsdiqini tapmayıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya AzTV-də baş redaktor vəzifəsini tutan Azər Qismət məlumat verib. Onun sözlərinə görə, quruma jurnalist Mübariz Aslanovun mətbuat xidməti gətirilməsi xəbəri həqiqəti əks etdirmir, belə bir təyinat olmayıb. 

Qeyd edək ki, M.Aslanovun yeni mətbuat katibi olması ilə bağlı xəbər ötən gün KİV-də yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top