Hafiz Hacıyev canlı yayımda ayaqqabısını göstərdi: "10 yerdən yamaq vurulub" - VİDEO


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu gün Yeni Müsavat-ın canlı yayımında qarşı-qarşıya gəlib.

Yeniavaz.com
xəbər verir ki, Hafiz Hacıyev izləyəcilərin ona ünvanladığı suallara əsəbiləşərək, studiyada ayyaqqabısını çıxarıb və onlara göstərib. 

"Bax ay tamaşaçı, bu ayaqqabıya 10 yerdən yamaq vurulub. Mənim pulum olsa özümə kostyum, ayaqqabı alaram", -deyərək ayaqqabısını nümayiş etdirib.

Onun bu hərəkəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hətta bəzi izləyici öz mobil telefon nömrələrini canlı yayımın şərh bölməsinə yazaraq, Hafiz Hacıyevə yeni ayyaqqabı almaq istədiklərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top