Rusiya Ukrayna üzərindən Türkiyəyə qaz tranzitini dayandıracaq

Rusiyanın “Qazprom” şirkəti Bolqarıstan hakimiyyətinə göndərdiyi rəsmi məktubda 2020-ci ilin yanvarından Trans-Balkan dəhlizi üzrə qazın tranzitini dayandırmaq niyyətini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib. Onun sözlərinə görə, Bolqarıstanın 2030-cu ilədək şirkətdən almalı olduğu tranzit ödənişlərini əldə etmək üçün arbitraj məhkəməsinə müraciət etmək haqqı var. Bolqarıstan yalnız buna o halda gedə bilər ki, “Türk axını”nın ikinci xətti ölkə ərazisindən keçməsin.
Qeyd edək ki, Türkiyəyə Ukrayna üzərindən tranzitlə çatdırılan rus qazı Bolqarıstandan da keçir.

DİGƏR XƏBƏRLƏR

Top