"Mahir dedi ki, əvvəlcə qızı sonra özümü vırdum" - MƏHKƏMƏDƏN


Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yeniavaz.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin ve zərərçəkmişin hadisədən sonra aparıldığı xəstəxananın sanitar işçisi Rüstem Zahidov ifade verib. O bildirib ki, xəstəxanaya gətirilən zaman Mahir Qocayev özündə olub və hadisə haqqında qısa məlumat verib: "Mən ondan soruşdum ki, sizə nə olub belə? O da dedi ki, mən əvvəlcə qızı, sonra da özümü bıçaqlamışam".
Mahir Qocayev isə həmin zaman özünün şokda olduğunu və nə dədiyini xatırlamadığını bildirib. 
Daha sonra hadisə zamanı təqsirləndirilən şəxsi ve zərərçəkmişi xəstəxanaya aparan sürücü D. K dindirilib. O ifadəsində bildirib ki, yol boyu onlar heç nə danışmayıblar: "Məni Mahir Qocayevin bacısı çağırdı, mən də maşınla getdim və onları xəstəxanaya apardım, hadisənin necə olması haqqında məlumatlı deyiləm və heç nə eşitməmişəm".
Daha sonra şahid qismində ifadə verməsi üçün Məmmədova Samirə prosesə dəvət olunub. Məlum olub ki, o prosesə gəlməyib. Onun da ifadəsinin alınması üçün məhkəmə prosesi martın 19-a təyin olunub.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 25-dən 26-na keçən gecə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.
Qətlin Ü.Allahverdiyevanın keçmiş əri, 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu tərəfindən törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra kişi intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib. M.Qocayevi Kliniki Tibbi Mərkəzə aparıblar. O, cinayət məsuliyyətinə cəlb edilib.
Qətlin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etmələri olub.
Belə ki, məhkəmə cütlük boşanarkən uşağın atasında qalması barədə qərar çıxarıb və anaya onu ziyarət etmək hüququ verib. Ü.Allahverdiyeva övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib. Daha sonra M.Qocayevlə dalaşan qadın evi tərk edib, lakin keçmiş əri küçədə onun dalınca düşüb. M.Qocayev övladının anasına çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top