Jurnalistin məhkəməsi davam etdirilib


Bakı Ağır Cinayətlər Məhkəməsinə jurnalist Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Yeniavaz.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib.

Dövlət ittihamçısı Anar Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə cəza təyin edilməsini istəyib.

Bildirək ki, Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Gəncə hadisələrindən sonra onun rəhbəri olduğu sayt bloklanıb. İttihama görə, o, rəhbəri olduğu saytda cəmiyyətdə çaşqınlıq yaradan, dövlət əleyhinə çıxışlara səsləyən məlumatlar dərc edib.

DİGƏR XƏBƏRLƏR

Top