Londonun ən varlı sakini rusiyalı sahibkar Mixail Fridmandır.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə”Forbes” jurnalının tərtib etdiyi ən çox milyarderin yaşadığı şəhərlər reytinqdə deyilir. “Alfa-Qrupp” şirkətinin qurucusunun sərvəti 15 milyard dollar həcmində qiymətləndirilir. Böyük Britaniyanın paytaxtında ümumilikdə 55 milyarder yaşayır, onların məcmu kapital 226 milyard dollar təşkil edir. Bununla belə, onlardan yalnız 20-si Britaniya vətəndaşıdır. London reytinqdə Pekin, Moskva, Honkonq və Nyu-Yorkdan sonra beşinci yerdə qərarlaşıb.