Kamil Zeynallının həbsinin səbəbi məlum oldu​ - YENİLƏNİB​

İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib.

Yeniavaz.com
 REAL-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. 

O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

Onun həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

***14:09

Xəbər verdiyimi kimi məşhur idmançı Kamil Zeynallı polis tərəfindən saxlanılıb.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, Kamil Zeynallının nömrəsinə zəng çatmayıb.

Daha sonra idmançının həyat yoldaşı müğənni Gülay Zeynallı ilə telefon bağlantısı yaratmağa cəhd göstərdik. Köməkçisi qeyd edib ki, hazırda Gülay xanım Xəzər TV-də çəkilişdədir və danışa bilmir. Baş verən hadisə ilə bağlı xəbəri yoxdur.

Kamilin “Limak” fitnes mərkəzinin Rasim adlı əməkdaşı isə bildir ki, “Kamil polis bölməsində yalnız izahat yazıb və onun saxlanması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.


***12:28
Polis idmançı Kamil Zeynallını saxlayıb.

Yeniavaz.com-un report-a istinadən məlumatına görə, K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top