Azərbaycan keçmiş SSRİ ölkələri arasında ən çox silah alan ölkədir - STATİSTİKA


Azərbaycan dünya üzrə ən çox silah alan ölkələrin sıralamasında 23-cü sırada qərarlaşıb. Yeniavaz.com Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı məlumatlara istinadən bildirir ki, son 5 ildə dünya üzrə qeydə alınan ümumi silah idxalının 2,3%-i Azərbaycanın payına düşüb.
Bu göstəriciyə görə Azərbaycan keçmiş SSRİ ölkələri arasında ilk sırada yer alıb. Keçmiş SSRİ ölkələri arasında Azərbaycandan sonra ən çox silah alan ölkə Qazaxıstan olub. Azərbaycan silah idxalında Kanada, Norveç, Finlandiya, Polşa kimi ölkələrdən də öndədir.
Azərbaycanın silah idxalı əvvəlki 5 illə müqayisədə son 5 ildə 15% artıb. İdxal olunan silahların 53%-i Rusiyadan, 43%-i İsraildən, 2,8%-i isə Türkiyədən satın alınıb.
Onu da bildirək ki, Azərbaycan İsrailin ən çox silah satdığı 2-ci ölkədir. İsrail Hindistandan sonra ən çox Azərbaycana silah satıb. İsrailin ümumi silah ixracının 46%-i Hindistanın, 17%-i isə Azərbaycanın payına düşüb.
 

DİGƏR XƏBƏRLƏR

Top