Gənc qız dəm qazından zəhərləndi - Mingəçevirdə


Mingəçevirdə gənc qız dəm  qazdan zəhərlənib. Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir şəhəri Sahil küçəsi 7 ünvanında baş verib. Belə ki, şəhər sakini 22 yaşlı Türkan Tərlan qızı Hüseynova yaşadığı mənzilin hamam otağında  dəm qazından zəhərlənib. Türkanı ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırıblar. Xəstəxanadan xəstənin vəziyyətinin orta ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top