Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən 55-60 yaşlı kişini "Mercedes" markalı avtomobil vurub.
Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölən piyadanın şəxsiyyəti müəyyənləşib. Bu, 1952-ci il təvəllüdlü Əli Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Salyanda iki qadını motosiklet vurub.