"Türk Hava Yolları"nın Atatürk hava limanından edəcəyi son səfərin tarixi məlum oldu

“Türk Hava Yolları” (THY) İstanbulun yeni hava limanına köçməsi ilə əlaqədar aprelin 6-dan Atatürk hava limanından səfərlərini dayandıracağını açıqlayıb.

THY media müşavirliyinin yaydığı məlumata görə, artıq şirkətin bir hava limanından digərinə köçməsi işlərinə başlanılıb.

Qeyd edilib ki, cari il aprelin 6-sı saat 02:00-dan etibarən şirkət Atatürk hava limanındakı bütün fəaliyyətini dayandıracaq. Həmin tarixdə saat 14:00-dan etibarən THY-nin Atatürk hava limanından planlaşdırılan bütün aviareysləri İstanbul hava limanından həyata keçiriləcək. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top