Qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO


Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Yeniavaaz.com xəbər verir ki. bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir.
Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

DİGƏR XƏBƏRLƏR

Top