Bu müəssisə işçilərinin maaşı artırıldı - 50 FAİZ


Prezident İlham Əliyev teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilməlidir.

Mədəniyyət Nazirliyinə və Maliyyə Nazirliyinə bu Sərəncamın icrası ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top