Sputnik redaktorun işdən çıxması ilə bağlı məsələyə aydınlıq gətirdi


Mətin Məcidliyə rotasiya qaydasında Bakı redaksiyasında multimedia formatlarının, video kontentin, mətbuat mərkəzinin layihələrinin və agentliyin sosial şəbəkələrinin inkişafına cavabdeh kreativ prodüsser vəzifəsini tutmaq təklif edilib.

Bundan əlavə, ona agentliyin Ankara, Minsk, Berlin və Bişkek redaksiyalarında təcrübə mübadiləsi yolu ilə yeni təcrübə əldə etmək təklif olunub. Bir sıra nəşrlərin, həmçinin sosial şəbəkədəki bəzi şəxslərin agentlikdaxili kadr rotasiyasının siyasi səbəbləri barədə mülahizələrinin heç bir əsası yoxdur.

İstənilən layihənin, o cümlədən Sputnik-in inkişafı kadr yerdəyişmələrini və işin müxtəlif istiqamətlərinin təcrübəli və peşəkar əməkdaşlarla gücləndirilməsini tələb edir.

Ona görə də Sputnik yeni əldə etdiyi biliklər də daxil olmaqla Mətin Məcidlinin bacarıqlarından yeni redaksiya məhsullarının inkişafı üçün istifadə etməyi planlaşdırırdı. O, fikirləşmək üçün vaxt götürdü, lakin nəticədə təklifdən imtina etdi. Bu, onun hüququ və seçimidir, biz də buna hörmətlə yanaşırıq.

"Agentliyimizin fəxr edə biləcəyi nailiyyətlər həm də Mətinin zəhmətinin bəhrəsidir. Biz onun qərarına hörmətlə yanaşırıq, birgə keçdiyimiz yola görə ona təşəkkür edirik və yeni layihələrdə uğurlar arzulayırıq" - deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top