Stavropolda qəzada yaralanan daha bir azərbaycanlı öldü


Stavropolda Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan azərbaycanlılardan biri xəstəxanada dünyasını dəyişib.

Bu barədə Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev məlumat verib. Onun sözlərinə görə, hadisədə xəsarət almış Xəyal Şükürov bu gün səhər saatlarında xəstəxanada ölüb. Hazırda onun cənazəsinin Azərbaycana göndərilməsi ilə bağlı iş aparılır.

Qeyd edək ki, hadisə martın 6-da səhər saatlarında baş verib. Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun ZİL markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər xəsarət  alıb. (ona)

DİGƏR XƏBƏRLƏR

Top