"Vorzakonlar"ın məhkəməsi başlayıb


Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nəsib Məmmədov, Rəhim Rzayev və Vaqif Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Yeniavaz.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərdən yalnız N.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib, digər ikisi isə hazırda ev dustaqlığındadır.
Məhkəmənin hazırlıq iclası martın 14-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edərək sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər.
Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini N.Məmmədov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə təhvil verilib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini R.Rzayev və V.Məmmədov da saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top