Çətin vəziyyətdə yaşayan ailəyə yardım edildi


Yevlax rayonunda çətin vəziyyətdə yaşayan ailəyə yardım edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "facebook"da məlumat paylaşıb

O bildirib ki, nazirliyin əməkdaşları Yevlax rayonu, Qaraməmmədli kəndində yeddi nəfərdən ibarət Məhərrəmovlar ailəsinin vəziyyəti ilə maraqlanmaq üçün onları ziyarət edib.

Məlum olub ki, ailə başçısı Xanlar Məhərrəmov əmək pensiyaçısıdır. Oğlu Qabil Məhərrəmov isə əmək qabiliyyətli olduğu halda işsizdir. Ailənin vəziyyəti nəzərə alınmaqla, onun məşğulluğunun təmin olunması istiqamətində addımlar atılıb.

Vətəndaş “İşsizin DOSTu” Proqramına cəlb edilərək yaxın günlərdə əmək müqaviləsi əsasında işə başlayacaq. Bundan sonra ailənin ünvanlı sosial yardım alması üçün müraciət etməsinə texniki kömək göstəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top