
Bu ilin fevral ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı 2 min 510 ədəd olub. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, son bir ay ərzində ölkədəki bankomatların sayı 8 ədəd artıb. Verilən məlumatda həmçinin bildirilir ki, bankomatların 1333 ədədi Bakıda, 1177 ədədi isə regionlarda quraşdırılıb.
Bu ilin yanvar ayında həm Bakıda, həm də regionlarda quraşdırılan bankomatların sayı 4 ədəd artıb.
Mərkəzi Bankın məlumatında həmçinin qeyd olunur ki, bankomatlardan fərqli olaraq POS-terminalların da sayında azalma olub. Son bir ay ərzində POS-terminalların sayı 135 ədəd azalaraq 66 min 110-dan 65 min 975 ədədə düşüb.