İnam Kərimov Qazaxda vətəndaşları qəbul edəcək


Kənd təsərrüfatı naziri İnam Kərimov martın 16-da, saat 11:00-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tovuz və Şəmkir rayonlarının sakinləri ilə görüşəcək.

Yeniavaz.com bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Görüşdə iştirak etmək istəyənlər adı çəkilən DAİM-ə (055-210 64 84) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

DİGƏR XƏBƏRLƏR

Top