Bakıda azyaşlı qız atasının maşınının altında qalıb öldü


Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib. 

Yeniavaz.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində “Mercedes” markalı avtomobilini saxlayıb düşüb, bu zaman avtomobil əyləcdən çıxıb hərəkətə gəldiyindən azyaşlı qızı təkərin altında qalaraq ölüb. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top