Yevlaxda adı qırmızı kitaba düşən bitki yanıb


Yevlaxda adı qırmızı kitaba düşən xeyli yulğun kolu yanıb.
Yeniavaz.com
xəbər verir ki, yanğın hadisəsi rayonun Boşçalı kəndi ərazisində qeydə alınıb. Alovlanan ərazidə quru otla yanaşı xeyli yulğun kolu yanaraq məhv olub. Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun Yevlaxdan keçən hissəsi boyunca yol kənarında bitən bitki Qırmızı kitaba düşüb və qorunur. Quraqlığa və şoranlığa davamlı olduğundan yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir. Ərazidə baş verən yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Esmira Hidayətova, Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top