Bacısını bıçaqlayan şəxsə hökm oxundu



Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Yeniavaz.com xəbər verir ki, hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. 

İttiham aktına əsasən, ötən il Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Ə.Əhmədova qısqanclıq zəminində qardaşı N.Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top