Azərbaycanda son 2 gündə 42 cinayət olub


Həftəsonu daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 

Yeniavaz.com-un DİN-ə istinadən verdiyi xəbərə görə, 2 gün ərzində 42 cinayətin  üstü “isti izlər”lə açılıb. 

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.  

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top