Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan heç kim sağ çıxmayıb.
Təyyarədə olan 149 sərnişin və 8 heyət üzvü olmaqla 157 nəfər ölüb.
Sərnişinlər arasında 35 müxtəlif ölkənin vətəndaşları olub. Onlardan 19-u BMT-nin əməkdaşı idi.
Qəzada ölən 3 Slovakiya vətəndaşı bu ölkənin deputatı Antona Qrnkonun həyat yoldaşı, oğlu və qızı olub.
Sərnişinlər arasında yer alan İtaliya vətəndaşlarından biri də Siciliya əyalətinin naziri olub.
Qəzanın səbəbləri hələ məlum deyil.