Çağırışa gedən təcili yardım maşını qəzaya düşdü


Qazaxda təcili tibbi yardım avtomobili “VAZ” markalı avtomobillə toqquşub. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Qəza nəticəsində “VAZ”da olan rayon sakini, 1996-ci il təvəllüdlü Musayev Cabir xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, təcili yardım avtomobili çağırış əsasında xəstəyə ilkin müdaxilə üçün ünvana gedirmiş. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top