Venesuelada elektirk yarımstansiyasında güclü yanğın: ölkə qaranlığa qərq olub


Vensuelanın Bolivar ştatında "Sidor" elektrik yarımstansiyasında güclü yanğın baş verib.

"Nacional" portalının dərc etdiyi kadrlarda güclü yanğın və tüstüləmə müşahidə edilir. Yanğın baş verən yarımstansiya ştatın paytaxtı Syudad-Bolivar şəhərinin yaxınlığında yerləşir.

Valensia, Varqas, Taçira, Sulia, Lara, Karabobo və bir çox ştatın elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Rəsmi hakimiyyət hadisəni hələlik şərh etməyib. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top