Tanınmış şirkət nazirliyin qurumunu məhkəməyə verdi


“Embawood” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-ni məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Embawood” nəqliyyat vasitələrinə xüsusi fərqlənmə nişanlarının verilməsi və s. barədə tələb irəli sürüb.

Üçüncü şəxslər qismində Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qeyriləri göstərilib.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan nazirlik apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində elan olunub ki, barışıq sazişi təsdiq edilib. Məhkəmə qərarı ləğv edib, iş üzrə icraata xitam verilib.(report)

DİGƏR XƏBƏRLƏR

Top