Azərbaycanın ən böyük ixracatçı şirkətləri: Eyni gündə, eyni ünvanda, eyni şəxs tərəfindən təsis ediliblər


Bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk sırada "MKT İstehsalat Kommersiya" MMC yer alıb. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin ilk onluğuna aşağıdakı şirkətlər daxildir.
"MKT İstehsalat Kommersiya" MMC - 10,1 milyon dollar
 "TST Export" MMC - 4,5 milyon dollar
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin yerli nümayəndəliyi - 4,3 milyon dollar
"Socar Polymer" MMC - 4,2 milyon dollar
"Garden Store" MMC - 2,9 milyon dollar
"Vorld Trade" MMC - 2,5 milyon dollar
"Baku Steel Company" MMC - 2,1 milyon dollar
"Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC - 2,1 milyon dollar
"Azhazelnut" MMC - 2 milyon dollar
"Sun Food" MMC - 1,8 milyon dollar
Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, 2018-ci ilin yanvar ayında tərtib edilən reytinqlə müqayisədə bu dəfəki siyahıya bir neçə şirkət - "TST Export" MMC, "Garden Store" MMC  "Vorld Trade" MMC ilk dəfə daxil olub.
Maraqlıdır ki, adları qeyd olunan şirkətlər ötən il dövlət qeydiyyatına alınıb və hər 3 şirkətin qanuni təmsilçisinin adı-soyadı eynidir - Əmrahov Elşən Bayram oğlu. Bu ilin ilk ayı ərzində ümumilikdə 9,9 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edən bu şirkətlər  cəmi bir-neçə ay əvvəl dövlət qeydiyyatına alınıblar. Eyni şəxs tərəfindən qeydiyyatdan keçirilən bu şirkətlərin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edib.
Diqqət çəkən məqamlardan biri də odur ki, "TST Export" və "Vorld Trade" şirkətlərinin həm qanuni təmsilçiləri, həm ünvanları (Bakı ş. Sabunçu rayonu, Nardaran ŞTQ, Ləhiş bağları ev 72A), həm də qeydiyyat tarixləri (24.08.2018) eynidir.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısı isə belə olub:
SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi",
"Azərenerji" ATSC,
"Azəralüminium" MMC,
"Azergold" QSC,
"Azərbaycan Hava Yolları" QSC,
"CTS-Agro" MMC,
"Azəripək" MMC,
"Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.
 

DİGƏR XƏBƏRLƏR

Top