Latviyalı müğənnidən “Türk Hava Yolları”na tələb: rusca ifadə əvəzlənsin - FOTO


Latviyalı müğənni Lauris Reyniks Latviyadan və əks istiqamətdə reyslər həyata keçirən “Türk Hava Yolları” aviaşirkətinin ingilis və latış dilləri əvəzinə, ingilis və rus dillərindən istifadə etməsindən hiddədtlənib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, L. Reyniks əvvəlcə sosial şəbəkələrdə müraciəti zamanı  “Türk Hava Yolları”nın göyərtəsində səsləndirilən "Welcome on board of a flight to Riga in Letonya" ifadəsinə diqqət yetirib.
Musiqiçi diqqət yetirib ki, Letonya” türk sözüdür və Latviya anlamına gəlir: “Onun ingilis dili ifadəsində işlədilməsi sərsəm səslənir. Enişdən sonra dinamiklərdə təkcə ingiliscə “Bye,bye” vidalaşması deyil, həm də nədənsə rus dilində “Do svidaniya” səslənib”. L.Reyniks tələb edib ki, rusca vidalaşma latış dilindəki "Uzredzēšanos!" sözü ilə əvəzlənsin. Türkiyənin aviaşirkəti müğənninin müraciətini oxuyublar və vəd veriblər ki, aviadaşıyıcının səlahiyyətli bğlməsi bu məsələ ilə məşğul olacaq.

DİGƏR XƏBƏRLƏR

Top