ABŞ-dan təhdid: Türkiyə S-400 alarsa, ağır nəticələri olacaq


Türkiyə Rusiyadan S-400 zenit-raket sistemləri alacağı təqdirdə, Ankarını ABŞ-la münasibətlərdə ciddi nəticələr gözləyir.
Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin səlahiyyətlərini icra edən Çarlz Sammers deyib.
O bildirib: “Əgər Türkiyə S-400 alsa, bu bizim onunla hərbi münasibətlər baxımından ciddi nəticələrə gətirib çıxaracaq”. Ç.Sammers qeyd edib ki, Rusiyadan həmin sistemlərin alınması Amerikadan “Patriot” raket komplekslərinin əldə olunmasına təsir edəcək: “Onlar F-35 təyyarələrini və “Patriot”u ala bilməyəcəklər”.
Xatırladaq ki, Türkiyə S-400 sistemlərinin tədarükünə dair müqaviləni 2017-ci ilin dekabrında bağlayıb. Ankara Moskvadan 4 zenit-raket kompleksi diviziyası alacaq. Müqavilənin dəyəri 2,5 milyard dollar təşkil edir.
 

DİGƏR XƏBƏRLƏR

Top