“Martın gətirdiyi dərd”i turp aparır – sağlamlığa faydaları


“Turp kimi olmaq” məsəli əbəs yerə deyilməyib. Bol miqdarda vitamin və minerallarla zəngin turp insan sağlamlığı üçün təbii dərman vasitəsi sayılır. İstər arıqlamaq, istər də çəkisini qorumaq istəyənlər bu tərəvəzdən tez-tez istifadə etməlidir. Bəs turpun başqa hansı faydaları var?
Yeniavaz.com xəbər verir ki, A və C vitamin ilə zəngin turpun daxilində dəmir, kalsium, fosfor və selenium mövcuddur ki, bunlar da bizim antioksidant dediyimiz, bədəndən zərərli maddələri atan, xəstəliklərlə mübarizə aparmağımıza kömək edən minerallardır.
Daha çox salatlarda istifadə olunan turp çiy yeyiləndə daha da faydalıdır. Həm tərkibindəki liflər çoxdur, həm də az kalori daşıyır. 100 qram turpda cəmi 20 kalori mövcuddur. Liflərin bol olması isə adamı daha çox tox sağlaması deməkdir. Ancaq kalori turpun növlərinə əsasən dəyişə bilir. Turpun rəngi tündləşdikcə kalori də artır.

“Mart gəldi, dərd gəldi” sözü əbəs yerə deyilməyib. Hər nə qədər qorunmağa çalışsaq da, bu ayda hər ailədə öskürək və ya tənəffüs yolların tıxanıqlığı kimi xəstəliklərə rast gəlmək mümkündür. Ancaq qara turp və bal ilə bu xəstəlikləri sağaltmaq çox asandır.
Belə ki, qara turpun yarpağını və kökün incə hissəsini kəsərək içini oymaq daha sonra isə içini bal ilə doldurmaq lazımdır. Turpu bir stəkanın üstünə qoyub bir neçə saat gözləmək və süzülən qarışımdan hər gün bir çay qaşığı istifadə etmək sizi bu xəstəliklərdən tamamilə xilas edəcək.

DİGƏR XƏBƏRLƏR

Top