Bakıda xanım sürücü avtomobilini betona çırpıb - VİDEO

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes” markalı avtomobili idarə edən xanım Yeni Yasamaldan çıxaraq yüksək sürətlə Bakı Kənar Dairəvi yolundakı tunelə daxil olmaq istəyib, lakin idarəetməni itirib və avtomobil tunelin beton plitəsinə çırpılıb. 

Sürücü müsahibədə bildirib ki, onunla paralel sağ zolaqda avtomobil hərəkət edib. Tunelə girişdə sözügedən avtomobil qəfil onun qarşısına çıxıb.

Faktla bağlı əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

Sürücünün sərxoş olub olmamasını aydınlaşdırmaq üçün onu müvafiq məntəqəyə aparıblar. Fakt araşdırılır.

(ONA)

DİGƏR XƏBƏRLƏR

Top