Çexiya Rusiyanı NATO-nun əsas təhdidi adlandırıb

Çexiya müdafiə naziri Lubomir Metnar Rusiyanı NATO-nun əsas təhdidləri siyahısına daxil edib. 

Bu barədə RİA Novosti xəbər verir. 

"Təhdidlər sırasında birinci yerdə terrorçuluq durur - lokal terrorçu təşkilatlıran genişlənməsi təhlükəsi mövcuddur. İkinci pillədə kiberhecumlar, üçüncü yerdə isə Rusiya tərəfdən gələn təhlükədir", - deyə nazir qeyd edib.    

Müdafiə naziri Rusiya tərəfindən gələn təhlükəni ordunun silahlandırılması, qoşunların yerdəyişməsi, mütəmadi hərbi təlimlərin keçirilməsi, habelə keçmiş sosialist bloku ölkələri ilə bağlı baş verən hadisələri əlaqələndirib.  (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top