Trampın andiçmə mərasimini maliyyələşdirənlər arasında 3 saxta şirkət olub


ABŞ prezidenti Donald Trampın andiçmə mərasimini maliyyələşdirənlər içində 3 saxta şirkətin olduğu müəyyən edilib. 

Böyük Britaniyanın “The Guardian” qəzetinin məlumatına görə, bu az tanınan firmalar əslində xarici sponsorlarla əlaqəli olub. 

Məsələn ianələrdən birinin Londonda yaşayan varlı hindistanlı iş adamının ABŞ-ın Delaver ştatında yerləşən şirkət vasitəsilə həyata keçirdiyi ortaya çıxıb. Özü də həmin iş adamının ABŞ vətəndaşlığı və ya orada yaşamaq izni yoxdur.

İkinci ianə Tayvan hökumətinə bağlı lobbisi tərəfindən Gürcüstanda yerləşən şirkət vasitəsilə köçürülüb. 

Üçüncüsü isə Nyu-Yorkda tikinti şirkəti olan bir israilli iş adamından gəlib.

D.Trampın andiçmə mərasiminin 107 milyon dollara başa gəldiyi düşünülsə bu cür ianələrin nə qədər olduğunu təxmin etmək belə çətindir.

Lakin Kolumbiya federal dairəsinin baş prokuroru Karl Rasin artıq həmin mərasimi təşkil edən komitədən şübhələrini dilə gətirib.

Buna görə K. Rasin komitədən maliyyə tranzaksiyaları ilə bağlı sənədlərin ona verilməsini tələb edib.

Baş prokuror burada hər hansı maliyyə pozuntusunun , o cümlədən məqsədə müvafiq xərclənməyən məsrəflərin olub-olmamadığını aydınlaşdırmaq istəyir.

Prokuroru ən çox komitə tərəfindən “Trump Organization”a ödənilən pullar maraqlandırır.

Nyu-Yorkun cənub dairə prokurorluğu isə İmmad Zubari adlı iş adamının andiçmə komitəsinə köçürdüyü pulları yoxlayır.

CNN-in verdiyi məlumata əsasən, İ.Zubari prezidentin inauqurasiya mərasimi üçün 900 min dollarından keçibmiş.

Adı çəkilən biznesmenin demokrat siyasətçilərə, o cümlədən Barak Obama və Hillari Klintona maliyyə dəstəyi verdiyi ortaya çıxıb. (musavat)

DİGƏR XƏBƏRLƏR

Top