Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub: ölən və xəsarət alan var - FOTOLAR


Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub.

Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib. 

Balakəndən Bakı istiqamətində hərəkətdə olan Balakən rayonu Talalar kənd sakini, 1977-ci il təvəllüdlü Səməd İslam oğlu Qurbanovun idarə etdiyi 99-EB-033 dovlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Yevlaxdan Balakən istiqamətində hərəkətdə olan 34-BD-566 dövlət qeydiyyat nişanlı "QAZel" markalı mikroavtobus toqquşub.

Nəticədə "QAZel" də olan 1 nəfər ölüb. Hadisə zamanı daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır.

Daha əvvəl Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.


DİGƏR XƏBƏRLƏR

Top